“Klubun büdcəsi necə olacaqsa, seleksiyası da o cür olacaq”

7 İyul 23:40 Qəbələ 109
“Klubun büdcəsi necə olacaqsa, seleksiyası da o cür olacaq”

“Bu, rəhbərliyə aid məsələdir”.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Sportinfo.az-a açıqlamasında belə deyib.

I Liqanın çempionu olaraq Premyer Liqaya qayıdan “qırmızı-qaralar”ın gürcüstanlı çalışdırıcısı “növbəti mövsüm üçün nə qədər büdcə olacağını bilmirsizmi” sualına cavabında aşağıdakıları söyləyib:

“Klubun büdcəsi necə olacaqsa, seleksiyası da o cür olacaq. Seleksiya necə olacaqsa, nəticələr də ona uyğun olacaq.

Birinci Liqada çempion adını qazanan komandamız var. Hansı ki, çox yaxşı mövsüm keçirərək qalib adını qazandı.

Ancaq Premyer Liqa başqa səviyyədir. Orada uğur qazanmaq üçün müəyyən addımların atılmasına ehtiyac var.

Hazırda bu yöndə çalışırıq. Bundan artıq heç nə deyə bilmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu