Yaş ötür, o isə qocalmaq bilmir – Tanınmış hücumçudan 2 illik müqavilə

22 May 18:20 Dünya futbolu 458
Yaş ötür, o isə qocalmaq bilmir – Tanınmış hücumçudan 2 illik müqavilə

Almaniya yığmasının sabiq hücumçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Zabje təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Podolski 2021-ci ilin yayından formasını geyindiyi “Qurnik”də 59 oyuna 16 qol vurub, 14 asist edib.

Təcrübəli forvard daha öncə Almaniyada “Bayern”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray” və “Antalyaspor”, Yaponiyada “Vissel Kobe” klublarının da formasını geyinib.

O, Almaniya yığmasında 130 oyuna 49 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu