Final matçının keçiriləcəyi stadion bilindi

21 Mart 2023 21:40 Dünya futbolu 420
Final matçının keçiriləcəyi stadion bilindi

KONKAKAF Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının saytında məlumat verilib.

Turnirin yarımfinal, üçüncü yer uğrunda görüşləri də bu arenada olacaq. Oyunlar 15-18 iyunda keçiriləcək.

“Allecent” stadionu “Las Vegas Raiders” klubuna məxsusdur və 65.000 tamaşaçı tutumuna malikdir.

KONKAKAF Millətlər Liqasının ilk qalibi ABŞ yığması olub.

Digər Xəbərlər
Xəbər Lenti