Messi və Ronaldo son dəfə… VİDEO+FOTOREPORTAJ

20 Yanvar 2023 00:40 Dünya futbolu 783
Messi və Ronaldo son dəfə… VİDEO+FOTOREPORTAJ

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə PSJ arasında yoldaşlıq oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kral Fəhd" stadionunda oynanılan qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:4.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Lionel Messi açıb. 34-cü dəqiqədə "Əl-Nəsr"in yeni transferi Kriştianu Ronaldu tarazlığş bərpa edib.

43-cü dəqiqədə PSJ yenidən önə keçib. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldu özünün və komandasının 2-ci qolunu vurub.

53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə Çan Xyon Su hesabı bərabərləşdirib.

60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib. 61-ci dəqiqədə Ronaldu, 3 dəqiqə sonra isə Messi əvəzləniblər.

78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Anderson Taliska qoyub.

PSJ 39-cu dəqiqədən etibarən azlıqda oynayıb. Xuan Bernat birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Sözügedən qarşılaşma həm də, Ronaldo və Messi arasında son duel kimi də dəyərləndirilib. İki ulduz futbolçunun qarşılaşmadan lentə alınan fotolarını təqdim edirik:

Messi və Ronaldonun son duelində 9 qol

Son dəfə...





Digər Xəbərlər
Xəbər Lenti