Ukrayna şotlandlara 3 cavabsız qola uduzdu - Millətlər Liqasından VİDEO

22 Sentyabr 2022 01:30 Dünya futbolu 598
Ukrayna şotlandlara 3 cavabsız qola uduzdu - Millətlər Liqasından VİDEO

UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşmada hər 3 qol ikinci hissədə vurulub. 70-ci dəqiqədə Con Makginn, 80 və 87-ci dəqiqələrdə isə Lindon Dayks fərqləniblər.

Bu qələbədən sonra xallarını 9-a çatdıran Şotlandiya yığması ilk pilləyə yüksəlib. 7 xalı olan Ukrayna seçməsi isə 2-ci sıraya geriləyib.

Şotlandiya - Ukrayna - 3:0

Qollar: Con Makginn, 70. Lindon Dayks, 80; 87

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, "Hempden Park" stadionu

Xal durumu: Şotlandiya - 9, Ukrayna - 7, İrlandiya - 4, Ermənistan - 3.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!