Konfrans Liqasında 1-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR

6 İyul 2022 01:00 Dünya futbolu 1 141
Konfrans Liqasında 1-ci təsnifat mərhələsi  - NƏTİCƏLƏR

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Malta “Qzira Yunayted”i doğma meydanda Andorran “Atletik Eskaldes”i qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

İkinci matçda isə Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiyanın “Larne” komandası ilə qarşılaşıb. Sözügedən görüşdə isə qapılara qol vurulmayıb.

Bu mərhələnin qalan oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.

5 iyul
"Qzira Yunayted" (Malta) - Atletik Eskaldes (Andorra) - 1:1
Qollar
: Cefferson, 46 (1:0), Lopez, 65 (1:1)

"Sent Cozefs" (Cəbəllütariq) – "Larne" (Şimali İrlandiya) - 0:0

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?