İşə bax – Komandanın inzibatçısı hakimi təhqir etdi, 5 oyunluq cəza aldı

9 May 2024 09:00 Dünya futbolu 585
İşə bax – Komandanın inzibatçısı hakimi təhqir etdi, 5 oyunluq cəza aldı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedicilər liqasının da XXXIII turunda baş verən neqativ hallarla bağlı qərarlar verilib.

Sportinfo.az xəbər verir ki, İK 3 görüşlə bağlı cəza və cərimələr tətbiq edib.

“Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.

“Qarabağ-2” – “Neftçi-2” oyununda Ağdam klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Qəbələ-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar