COP29

Messi nə pıçıldayıbmış? – DÇ-nın finalında sonuncu penaltidən əvvəl

22 Yanvar 2023 15:40 Dünya çempionatı 1 419
Messi nə pıçıldayıbmış? – DÇ-nın finalında sonuncu penaltidən əvvəl

Qətərdə keçirilən dünya çempionatının finalında Argentina yığmasının kapitanı Lionel Messinin həlledici penaltidən əvvəl söylədiyi 4 söz deşifrə edilib.

Sportinfo.az xəbər verir ki, onun sözləri Dogor Twitter hesabında verilib.

Bildirilir ki, Qonzalo Montiel son penalti zərbəsini yerinə yetirmək üçün gələndə futbolçu göyə baxıb. Zərbədən əvvəl idmançı pıçıldayıb: "Bu gün ola bilər, nənə". İspan dilinə tərcümə edilən bu ifadə dörd sözlə səslənir.

Messinin 1998-ci ildə vəfat edən mərhum nənəsi Seliya Olivera Kuccitiniyə müraciət etdiyi bildirilir. Lionel uşaq ikən ona uğur qazanacağına və dünya kubokunu qaldıracağına söz veribmiş.

Messinin kapitanı olduğu Argentina dünya çempionatının finalında Fransanı məğlub edərək tarixində üçüncü dəfə kubok qazanıb.

Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında isə Argentina daha güclü olub - 4:2.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!