"Burada qalıb mübarizəyə burada davam etmək istəyirəm"

6 Noyabr 2023 02:40 Digər növlər 1 592
"Burada qalıb mübarizəyə burada davam etmək istəyirəm"

"Yarış yaxşı keçdi. Doğma azarkeşlər önündə döyüşmək böyük məsuliyyət idi".

Sportinfo.az xəbər verir ki, bunu "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirində Türkiyə təmsilçisi Ferit Göktepeyə qalib gələn Mehman Məmmədov deyib.

O, qarşılaşmanı tez bitirmək istədiyini, lakin bunun alınmadığını söyləyib: "Rizin"də qalıb mübarizəyə burada davam etmək istəyirəm".

Məmmədov Bakıda döyüşməyin tamam fərqli hiss olduğunu sözlərinə əlavə edib.

MMA döyüşçüsü Vüqar Kərəmovun kəmər döyüşündə məğlub olması haqqında da danışıb: "O, rəqibindən çox güclüdür. İdmanda belə hallar da olur. İnanıram ki, kəməri yenidən onlardan alacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı