“Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarında finala yüksəldi - Azərbaycan gimnastı

28 İyun 2024 18:40 Digər növlər 806
“Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarında finala yüksəldi - Azərbaycan gimnastı

Azərbaycan gimnastı Şəms Ağahüseynova Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala vəsiqə qazanıb.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz həlledici mərhələyə bədii gimnastika üzrə yarışda lent ilə yüksəlib.

Qeyd edək ki, iyunun 26-da startı verilən yarış iyulun 6-na qədər davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!