“Formula 1”in Azərbaycan Qran-Prisinin vaxtı məlum oldu

13 Aprel 02:20 Digər növlər 511
“Formula 1”in Azərbaycan Qran-Prisinin vaxtı məlum oldu

“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.

Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.

Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.

Bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti