“Mən özümdən bu nəticəni gözləyirdim” - FOTO

19 May 2024 02:50 Digər növlər 1 032
“Mən özümdən bu nəticəni gözləyirdim” - FOTO

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.

L.Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

Bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.

Lamiyə nəticəyə görə çox qürurlu olduğunu söyləyib:

“Üçüncü dəfə dünya çempionu oldum. Çox qürur duyuram.

Özümdən bu nəticəni gözləyirdim. Qarşıda məni 400 metr məsafə üzrə daha bir final gözləyir.

Ora hazırlaşıram. Həmin məsafədə də özümdən gözləntim böyükdür. Vətənimi layiqincə təmsil edəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti