COP29

“Burada ən böyük rəqibim elə özüm idim”

13 May 02:50 Digər növlər 378
“Burada ən böyük rəqibim elə özüm idim”

"Yarış mənim üçün maraqlı keçdi.

Yaxşı ki, çempionatda özümü sınadım, çünki bəzi hərəkətlər mənim üçün yeni id

Bu da beynəlxalq turnir öncəsi hazırlıq oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri idman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Rəsul Əhmədzadə açıq Bakı çempionatı və paytaxt birinciliyinin mükafatlandırma mərasimindən sonra deyib.

Dəstəli atda və sərbəst hərəkətlərdə birinci yeri tutan idmançı çıxışından razı qaldığını bildirib:

"Altı alətin hər birində finala yüksəlməyimə baxmayaraq, təəssüf ki, yalnız ikisində fəxri kürsüyə qalxa bildim.

Bu da mənim üçün uğur sayılır. Çünki burada ən böyük rəqibim elə özüm idim".

O, növbəti hədəflərindən də bəhs edib:

"Qarşıda bizi mayın 23-dən 26-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək "Challange" seriyasına aid Dünya Kuboku gözləyir.

Orada paralel qollar və dəstəli atda çıxış edəcəyəm. Özümdən yaxşı nəticələr gözləyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!