COP29

"Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm"

2 May 18:50 Digər növlər 250
"Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm"

"Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Əlimurad Hacızadə deyib.

2008-2009-cu il təvəllüdlü atletlərin mübarizəsində 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayan idmançı çox sevindiyini bildirib:

"Bu, çox gözəl hissdir. Sözlərlə ifadə etmək çətindir. Başa düşmək üçün bu anları yaşamaq lazımdır.

Bu il dünya çempionatı da keçiriləcək. Digər beynəlxalq yarışlarda da yaxşı nəticə göstərmək niyyətindəyəm".

Turnir mayın 3-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti