Azərbaycanın Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıları kimlərdir?

10 Aprel 08:30 Digər növlər 271
Azərbaycanın Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıları kimlərdir?

Azərbaycan Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziyalarını qazanıb.

Sportinfo.az xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi finala vəsiqə qazanmaqla lisenziyanı təmin edib.

Bunlar Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvilidir (125 kq).

Bununla da Azərbaycanın Paris 2024-ə qazandığı lisenziyaların sayı 16-a çatıb. Qarşıdakı yarış Hacı Əliyev üçün üçüncü olimpiada olacaq. O, Rio-2016 bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.

Daha əvvəl Azərbaycan idmançlarından Ruslan Lunyov (atıcılıq, 10 metr), Murad Allahverdiyev (boks, 80 kq), Məhəmməd Abdullayev (boks, +92 kq), Anna Skidan (atletika, çəkic atıcı), Zöhrə Ağamirova (bədii gimnastika), Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq), Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq), Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq), Qaşım Məhəmmədov (taekvondo, 58 kq), Nicat Hüseynov (boks, 51 kq) ) və Selcan Mahmudova (batut) da Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti