Daha bir Dünya Kuboku Bakıda keçiriləcək?

26 Mart 2024 04:00 Digər növlər 704
Daha bir Dünya Kuboku Bakıda keçiriləcək?

Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM