Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazaтвж

23 Mart 2024 20:25 Digər növlər 980
Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazaтвж

İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Fərdi mübarizədə Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medala yiyələniblər.

Komanda yarışında isə Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət heyət birinci olub.

Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM