Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaq

22 Mart 2024 20:25 Digər növlər 697
Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaq

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki,mötəbər yarışda 4 idmançımız qüvvəsini sınayacaq.

Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.

Martın 24-dək davam edəcək Dünya Kubokunda beynəlxalq dərəcəli hakim Lalə Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM