Portuqaliyadakı turnirə qatılacaq - Azərbaycan gimnastika millisi

21 Mart 2024 20:25 Digər növlər 473
Portuqaliyadakı turnirə qatılacaq - Azərbaycan gimnastika millisi

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq 12-ci "Cantanhede" beynəlxalq açıq yarışa qatılacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Marian Kolevin rəhbərliyi altında 10 gimnast turnirdə mübarizə aparacaq.

Bunlar Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Xədicə Quliyevadır.

Bu gün startı veriləcək yarış martın 24-dək davam edəcək. Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova da turnirdə Azərbaycanı təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti