COP29

Azərbaycan yığmasının üzvü və baş məşqçisi ən yaxşılar adına namizəddir

12 Fevral 02:50 Digər növlər 498
Azərbaycan yığmasının üzvü və baş məşqçisi ən yaxşılar adına namizəddir

Avropada gimnastika üzrə 2023-cü ilin ən yaxşı idmançısı və məşqçisi adına namizədlərin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçiləri də var.

Tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin ilin idmançısı, yığmaya rəhbərlik edən Adil Hüseynzadə isə ilin məşqçisi adına namizəd göstərilib.

Hər nominasiya üzrə qaliblər azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən bəlli olacaq.

Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti