"Sevinməyə gücüm qalmır"

24 Yanvar 2023 02:50 Digər növlər 419
"Sevinməyə gücüm qalmır"

"Ümumiyyətlə, udduğum və ya uduzduğum istənilən döyüşdən sonra sakit oluram".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan sablyaçısı Anna Baştaya məxssusdur.

Qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı 2022-ci ildə qələbə qazandığı hansısa görüşü fərqləndirmək istəmədiyini söyləyib:

"Heç bir emosiya olmur. Məsələn, Avropa çempionatından sonra ətrafımdakı hər kəs sevinir, məni təbrik edirdi.

Mən isə həmin vaxt yalnız evə getməyi və yemək sifariş verib uzanmağı arzulayırdım. Sevinməyə gücüm qalmır.

Səhər oyananda çempion olduğunu və titul qazandığını düşünürsən. Dərhal da bunu unutmağa çalışırsan ki, növbəti yarışlara köklənə biləsən".

Digər Xəbərlər
Xəbər Lenti