Mədət Quliyev yığmanın üzvləri ilə görüşdə hansı məsələləri müzakirə etdi? - FOTOLAR

4 Sentyabr 2022 23:20 Digər növlər 403
Mədət Quliyev yığmanın üzvləri ilə görüşdə hansı məsələləri müzakirə etdi? - FOTOLAR

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Elit/U23 yığma komandasının üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla bir sıra məsələlər haqda danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyadan bildirilib.

Görüş zamanı velosipedçinin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışları, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb.

M.Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib və onunla birlikdə veloyürüşdə iştirak edib.

Federasiya prezidentinin velosipedçiləri hər zaman xüsusi diqqətdə saxlaması, milli komandanın üzvləri ilə fərdi şəkildə görüşməsi idmançılarımızda böyük ruh yüksəkliyi yaradır və onlar daha da səylə hazırlaşaraq yüksək nəticələr qazanmağa çalışırlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"