Gənclər və idman naziri inandığını bildirdi ki…

5 Avqust 2022 03:10 Digər növlər 799
Gənclər və idman naziri inandığını bildirdi ki…

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

29 yaşlı idmançını ölkə bayrağı altında qazandığı ilk qələbəsi münasibətilə təbrik edən F.Qayıbov onun bu uğurunun gənclər arasında MMA idman növünə marağı daha da artıracağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Fiziyev Azərbaycanı təmsil etməkdən qürur duyduğunu söyləyib və bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib.

Rafael Fiziyev ötən ay Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.

Avqustun 5-də Fiziyevin media nümayəndələri ilə görüşü və idman azarkeşləri ilə imza sessiyası olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM