Fərid Qayıbovun görüşünə gəldilər - FOTO

28 Dekabr 2021 13:20 Digər növlər 577
Fərid Qayıbovun görüşünə gəldilər - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası nümayəndələrini qəbul edib.

Sportinfo.az xəbər verir ki, nümayəndə heyəti üzvlərini - təşkilatın baş katibi Halim Aksu, koroprativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi V Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Aksu Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, Forumu da yüksək səviyyədə təşkil edəcəyinə əminliyini vurğulayıb.

Pandemiya səbəbindən təxirə salınmış V Beynəlxalq Etnosport Forumu gələn il keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?