Həbib yeznəsinə rəqib kimi azərbaycanlı döyüşçünü tapdı - VİDEO+FOTO

25 İyun 2021 14:20 Digər növlər 670
Həbib yeznəsinə rəqib kimi azərbaycanlı döyüşçünü tapdı - VİDEO+FOTO

MMA üzrə keçmiş döyüşçü Həbib Nurməhəmmədov yeznəsi Şamil Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Sportinfo.az xəbər verir ki, tərəflər artıq bu döyüş barədə razılığa gəlib.

Beləliklə, gələn ay 38 yaşını tamamlayacaq Şamil Zavurov karyerasının son döyüşünü 27 yaşlı Nərimana qarşı keçirəcək.

Bu görüş Rusiyanın paytaxtı Moskvada sentyabrın 18-də olacaq. Döyüş Həbib Nurməhəmmədovun rəhmətə getmiş atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.

“Dağıstan aslanı” adlandırılan Şamil Zavurov həm də Həbib Nurməhəmmədovun sahibi olduğu EFC-nin (Eagle Fighting Championship) prezidentidir. O, MMA döyüşçüsü kimi indiyədək 46 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Zavurov bu il artıq iki görüş keçirib və qələbə qazanıb.

Nəriman Abbasov 11 döyüşdür ki, uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Night” təşkilatına məxsus kəmərin sahibidir. O, iki dəfə bu kəməri uğurla müdafiə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"