COP29

Azərbaycanda komitə sədri federasiya prezidenti seçildi - FOTOLAR

23 May 02:00 Digər növlər 1 080
Azərbaycanda komitə sədri federasiya prezidenti seçildi - FOTOLAR

Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında quruma yeni prezident seçilib.

Sportinfo.az xəbər verir ki, federasiya prezidenti Şahin Mövsümov təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.

Anar Quliyev göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!