COP29

"Gələcəkdə bu yarışda işitirak edəcək ölkələrin sayı bir qədər də artacaq"

11 İyun 02:30 Digər növlər 587
"Gələcəkdə bu yarışda işitirak edəcək ölkələrin sayı bir qədər də artacaq"

"19 üzvü olan qurumun 10 komandalı dünya çempionatı keçirməsi pis göstərici deyil".

Sportinfo.az xəbər verir ki, bunu Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Bakıda keçirilən dünya çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:

"Ötən il Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə belə bir yarış baş tutmuşdu. Bu dəfə isə Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında keçirilən ilk dünya çempionatına şahidlik edirik.

Sıralarımızın daha da genişləndirilməsi üçün çalışırıq. Gələcəkdə bu yarışda işitirak edəcək ölkələrin sayı bir qədər də artacaq.

19 üzvü olan qurumun 10 komandalı dünya çempionatı keçirməsi pis göstərici deyil".

B.Nəbiyev qurumun bu gün baş tutan növbədənkənar Baş Assambleyasında qəbul olunan qərarlar barədə danışıb:

"Yığıncaqda üzvlüyə yeni qəbul olunan bir neçə ölkələrlə bağlı müzakirələr apardıq. Çövkən üzrə dünya çempionatları sonluğu cüt, qitəmiqyaslı yarışlar isə tək rəqəmlə bitən illərdə keçiriləcək.

Bundan başqa, tədbirdə yeni qaydalar da təsdiq olundu. Artıq bu qaydalar bütün çövkən yarışlarında icra olunacaq".

10 komandanın mübarizə apardığı dünya çempionatı iyunun 16-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti