SORĞU: Hidayət ikinci, məşqçisi liderdir - FOTO

8 Yanvar 2025 03:00 Cüdo 671
SORĞU: Hidayət ikinci, məşqçisi liderdir - FOTO

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda yüksək yerlərdə qərarlaşıb.

Sportinfo.az IJF-nin rəsmi saytına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadada qızıl medal əldə edən Heydərov “İlin cüdoçusu” nominasiyasında ikinci sıradadır.

Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.

Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda “İlin məşqçisi” üçün aparılan səsvermədə birincidir.

Səsvermə yanvarın 10-da başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti