"Neçə vaxtdır əziyyət çəkirdim - Onlar çətin günlərimdə hər zaman yanımda olub"

16 Avqust 02:00 Cüdo 238
"Neçə vaxtdır əziyyət çəkirdim - Onlar çətin günlərimdə hər zaman yanımda olub"

"Rəqiblə müarizədə topuğum əzildi. Ayaq üstündə dayana bilmirdim.

Sevindirici haldır ki, bu vəziyyətdə güləşməyimə baxmayaraq, sonda qalib gəldim.

Qələbəmi ailəmə həsr edirəm. Çünki çətin günlərimdə hər zaman yanımda olublar".

Sportinfo.az xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev jurnalistlərə açıqlamasında deyib.

60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı başda Azərbaycan Cüdo Federasiyası olmaqla, bütün məşqçilərə təşəkkürünü bildirib:

"Hər zaman mənə kömək ediblər. Gələcəkdə olimpiya çempionu olmağa çalışacağam".

O, İslamiadanın finalında məğlub etdiyi özbəkistanlı Kamran Nurullayevlə ilk dəfə qarşılaşdığını söyləyib:

"Bu medalın mənim üçün çox böyük önəmi var. Neçə vaxtdır zədəli olduğumdan əziyyət çəkirdim. Avropa çempionatında 5-ci olmuşdum. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı".

Zədəsi ilə bağlı danışan cüdoçu hələ də ayağının ağrıdığını söyləyib: "Buz qoyublar. Çalışacağam ki, gələn yarışlaradək sağaldım".

Ağayev 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatındakı hədəfini də açıqlayıb:

"Mundialda iştirak etməyə də bilərəm. Hər şey məşqçilərin seçimindən asılıdır. Buna onlar qərar verəcəklər".

Xəbər Lenti