“Neftçi”nin rəqibi bu dəfə də...

1 İyul 2022 13:40 Cüdo 620
“Neftçi”nin rəqibi bu dəfə də...

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” növbəti yoxlama matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Kipr təmsilçisi Latviyanın “Skantes” komandası ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı oyun limassolluların qələbəsiylə yekunlaşıb – 3:1.

"Aris” Latviyadakı ilk sınaq oyununda yerli “Riqa”nı da 4:0 hesabıyla məğlub etmişdi.

“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə iyulun 28-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti