
"Dinamo"nun (Zaqreb, Xorvatiya) futbolçusu Luka İvanuşeç klubu tərk edəcək.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı vinger "Feyenoord"la razılaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Xorvatiyalı futbolçu dünən Avropa Liqasının pley-off mərhələsinin "Sparta" (Praqa, Çexiya) ilə oyunundan (3:1) sonra "Dinamo" azarkeşləri ilə vidalaşıb. İvanuşeçin "Feyenoord"a keçidi yaxın zamanda rəsmiləşəcək.
Cinah oyunçusu 2019-cu ildən Zaqreb klubunda çıxış edir. O, bu mövsüm 7 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Dinamo"da Azərbaycan yığmasının hücumçusu Mahir Emreli forma geyinir. Emreli İvanuşeçin klubdan ayrılmasından sonra əsas heyətdə daha çox şans qazana bilər.
Mahir bu mövsüm 6 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.