COP29

Mutu "Neftçi"dən gedərsə, yerinə kim gələcək? - VİDEO

8 Dekabr 2023 11:40 Çempionlar Liqası 1 833
Mutu "Neftçi"dən gedərsə, yerinə kim gələcək? - VİDEO

“Neftçi”nin baş məşqçisi Adrian Mutu qışda komandadan ayrıla bilər.

Bu barədə Rumıniyanın “prosport” nəşri məlumat yayıb.

Xəbər qeyd edilib ki, “ÇFR Kluj” qış fasiləsi ərəfəsində baş məşqçisi Andrea Mandorlini istefaya göndərəcək.

Klubun sahibi Nelu Varga da Mandorli ilə yolları ayırmaq variantının olduğunu təsdiqləyib.

Klubun idman direktoru Marius Bilasko isə Mutunun mümkün təyinatı ilə bağlı “Orang Sport”un sualını belə cavablandırıb:

“Bilmirəm, hər şey ola bilər. Həqiqətən hər şey mümkündür.

Son vaxtlar baş verənlərdən razı deyilik. Futbolçular və məşqçilər də narazıdır. Nəticə yoxdur”.

Adrian Mutu bu ilin iyul ayında "Neftçi"nin baş məşqçisi təyin olunub. Onun komandası hazırda Premyer Liqada 22 xalla 6-cı pillədə qərarlaşıb.

”Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov yayılan bu xəbərlərə münasibət bildirib.

Tanınmış yazar rumıniyalı mütəxəssisin Azərbaycanı tərk eləyəcəyi təqdirdə, onu kimin əvəzləyəcəyi yönündə fikirlərini də səsləndirib.

Deyib ki, bakılılar Mutunun rəhbərliyi altında qeyri-sabit çıxış edir və bu, ayrılıq ehtimalını gücləndirir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"