“Real” ÇL-in finalında hakim səhvinə görə qalib olub?

23 May 2020 01:24 Çempionlar Liqası 630
“Real” ÇL-in finalında hakim səhvinə görə qalib olub?

“Yuventus”un sabiq baş məşqçisi Marçelo Lippi Çempionlar Liqasının 1998-ci ildə keçirilən finalı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, həmin qarşılaşmada “Yuventus” “Real”a məğlub olmuşdu – 0:1.

Lippi idda edib ki, “kral klubu” hakim səhvinə görə qalib gəlib: “Əlbəttə, Miyatoviç qolu oyundankənar vəziyyətdən vurub. Bu oyun artıq tarixdir, amma həmin epizod barədə xeyli müzakirələr olub.

Bu məsələ barəsəndi qalmaq yaratmaq üçün danışmıram, sadəcə, xatırlamaq üçün söz açıram”.

Amma Miyatoviç fərqli düşünür. O, həmin epizodda oyundankənar vəziyyətdə olmadığını iddia edir: “Əminəm ki, həmin epizodda oyundankənar vəziyyətdə deyildim.

İtalyan klubları ilə tez-tez qarşılaşdığımız üçün onların reaksiyalarına alışmışdıq. Amma həmin epizodda heç kim əlini qaldırıb oyundankənar vəziyyətin olması barədə xəbərdarlıq da etmədi”.

Digər Xəbərlər
Xəbər Lenti