“Qalatasaray” bu gün “Mançester Yunayted”lə üz-üzə gələcək - Çempionlar Liqası

29 Noyabr 2023 12:20 Çempionlar Liqası 710
“Qalatasaray” bu gün “Mançester Yunayted”lə üz-üzə gələcək - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda "Mançester Yunayted"i qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. A qrupunun digər matçında "Bavariya" Almaniyada Danimarkanın "Kopenhagen" kollektivini sınağa çəkəcək.

Bugünkü oyunlardan sonra İngiltərənin "Arsenal", İtaliyanın "Napoli" və Niderlandın PSV klubları 1/8 finala vəsiqəni rəsmiləşdirə bilərlər.

29 noyabr
A qrupu
21:45. "Qalatasaray" (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə)
00:00. “Bavariya” (Almaniya) - “Kopenhagen” (Danimarka)
Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.

B qrupu
21:45. “Sevilya” (İspaniya) - PSV (Niderland)
00:00. “Arsenal” (İngiltərə) - “Lans” (Fransa)
Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.

C qrupu
00:00. “Braqa” (Portuqaliya) - “Union” (Berlin, Almaniya)
00:00. “Real” (İspaniya) - “Napoli” (İtaliya)
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.

D qrupu
00:00. “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya)
00:00. “Real Sosyedad” (İspaniya) - “Zaltsburq” (Avstriya)
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zaltsburq” – 3, “Benfika” – 0.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…