“Neftçi”nin yeni baş məşqçisi haqda yalnız yaxşı sözlər deyə bilərəm”

5 Yanvar 02:40 Neftçi 1 051
“Neftçi”nin yeni baş məşqçisi haqda yalnız yaxşı sözlər deyə bilərəm”

Azərbaycan milli komandasının keçmiş hücumçusu Branimir Subaşiç sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki,serbiyaəsilli forvard "Neftçi"nin yeni baş məşqçisi Miodraq Bojoviç haqda danışıb.

"Ağ-qaralar"ın ən yaddaqalan hücumçularından olmuş "Banya" monteneqrolu mütəxəssisin bu komandaya uğur qazandıracağına inandığını bildirib:

"Miodraq Bojoviç haqda yalnız yaxşı sözlər deyə bilərəm. Uzun illər Rusiyada işləyib və yaxşı da işləyib.

Bizdə, Serbiyada sabiq komandam olan "Srvena Zvezda"da çempion olub. Ümid edirəm ki, digər sabiq komandam olan "Neftçi" ilə də çempionluq sevinci yaşayacaq.

Əlbəttə, bu, asan və elə-belə deyil. Çünki orada uzun illərdir ki, hegemonluq edən "Qarabağ" kimi rəqib var.

Amma ümid edirəm ki, Bojoviç "Neftçi"yə çempionluq sevinci yaşadacaq.

Ən azından isə ilk mövsümündəcə ölkə kubokunu qazandıracağına inanıram".

Veteran forvard 2005-2008-ci illərdə “Neftçi”, 2008-2009-cu illərdə isə “Srvena Zvezda”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti