“Napoli” “Barselona” qarşısına onsuz çıxacaq

25 Fevral 2020 20:12 Çempionlar Liqası 504
“Napoli” “Barselona” qarşısına onsuz çıxacaq

“Napoli” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona”nı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisi sözügedən qarşılaşmada Xalidu Kulibalinin köməyindən istifadə edə bilməyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı müdafiəçi zədə səbəbindən “Barselona” ilə matçda iştirak etməyəcək. Bu gün keçiriləcək “Napoli” – “Barselona” matçı saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti