“Qarabağ”ın iki tanışı qarşılaşdı, “Rakuv" qrupa düşə bilmədi – ÇL-dən NƏTİCƏLƏR

31 Avqust 01:00 Çempionlar Liqası 1 381
“Qarabağ”ın iki tanışı qarşılaşdı, “Rakuv" qrupa düşə bilmədi – ÇL-dən NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, pley-offda üç cavab görüşündən sonra bəlli olub.

Qarşılaşmaların ardından Niderlandın PSV, Danimarkanın "Kopenhagen" və Belçikanın “Antverpen” komandası qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak hüququ əldə edib.

AEK (Yunanıstan) - "Antverpen" (Belçika) - 1:2

Qollar: S.Arauxo, 90 - Q.Kerk, 73, M.Balikvişa, 90+5

İlk oyun - 0:1

"Kopenhagen" (Danimarka) - "Rakov" (Polşa) - 1:1

Qollar: D.Vavro, 35 - L.Zvolinski, 87
İlk oyun - 1:0

PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 5:1

Qollar: İ.Saybari, 35, 53, L.de Yonq, 66 - C.Tavernye, 64, C.Verman, 78, K.Koldson, 82-avtoqol

Daha əvvəl “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zaltsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda”nın (Serbiya) qrupda iştirakı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu