Ölkəmizə gələn “Barselona” qərar verdi - Qalmayacaqlar

Ölkəmizə gələn “Barselona” qərar verdi - Qalmayacaqlar

Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la oyun üçün Bakıya gələn “Barselona”nın İspaniyaya qayıdacağı tarix bəlli olub.

Sportinfo.az xəbər verir ki kataloniyalılar qarşılaşmadan sonra Azərbaycanda qalmayacaq.

Çünki komandanın noyabrın 29-da La Liqa çərçivəsində səfərdə “Deportivo” ilə matçı olacaq.

Baş məşqçi Hansi Flik həm bunu, həm də 5 saatlıq uçuşu nəzərə alaraq, görüşdən dərhal sonra Barselonaya qayıtmaq qərarına gəlib.

Plana əsasən “Sabah”la oyundan sonra birbaşa hava limanına gedəcək klubun heyətinin noyabrın 26-da yerli vaxtla saat 04:40-da vətəndə olması planlaşdırılır.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!