“Sabah”a 2 qol vuran “Barselona”lı hücumçu ən yaxşı seçildi

“Sabah”a 2 qol vuran “Barselona”lı hücumçu ən yaxşı seçildi

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən “Sabah” – “Barselona” matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA bu ada İspaniya klubunun ingiltərəli hücumçusu Entoni Qordonu layiq görüb.

Qordon Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada 2 qol vurub.

Görüş “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış