"Sabah" rəqiblərini necə cəzalandırmağı bilir - Oyunçularım çox vaxt hörmət qazanmır”

"Sabah" rəqiblərini necə cəzalandırmağı bilir - Oyunçularım çox vaxt hörmət qazanmır”

"Həyəcanverici an, indiyə qədər məşqçi kimi ən böyük oyunlarımdan biridir.

Diqqətimizi cəmləməli, yaxşı oyun göstərməli və cavab matçına sərfəli nəticə ilə getməliyik. Qarşımızda yaxşı bir rəqib var".

Sportimfo.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Sabah"la ilk oyuna çıxacaq "Hapoel"in (Beer-Şeva) baş məşqçisi Ran Kojak mətbuat konfransında deyib.

O, "Sabah"da nəyə diqqət yetirməli olduqlarını belə izah edib:

"Rəqib istənilən oyun üçün hazırlıqlıdır. Çox yüksək keyfiyyətli, sürətli, ötürmələrlə və standart vəziyyətlərdə rəqibi necə cəzalandırmağı bilən bir komandadır. Əlbəttə ki, çox yaxşı hazırlığı olan bir rəqibdir".

Ran Kojak komandasına güvəndiyini bildirib:

"Oyunçularımız çox vaxt layiq olduqları hörməti qazanmırlar və ümid edirəm ki, növbəti iki oyunda nə qədər yaxşı komanda və nə qədər hörmətə layiq olduqlarını sübut edəcəklər."

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!