Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Real" öz meydanında "Bavariya"nı qəbul edəcək, "Arsenal" isə Portuqaliyada "Sportinq"in qonağı olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turun digər iki gprüşü isə sabah keçiriləcək.
23:00. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
8 aprel
23:00."Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
23:00.PSJ (Fransa) - "Liverpul" (İngiltərə)

