“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1/8 finalının “Mançester Siti” ilə cavab oyunu haqda sualı cavablandırıb.
Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, İngiltərə klubu ilə qarşılaşmanın çox çətin keçəcəyini söyləyib:
“Qarşımızda inanılmaz dərəcədə çətin bir oyun var. “Mançester Siti” bizi əziyyətə salacaq və bütün gücünü sərf edəcək.
Bəli, bizim əhəmiyyətli üstünlüyümüz var, amma buna çox fikir verməməliyik. “Mançester Siti”nin həqiqətən təzyiq göstərdiyi hər kəsi məhv edə biləcəyini yaxşı bilirik.
Bizim vəzifəmiz əlimizdə olan hər şeyi vermək və konsentrasiyanı maksimum qorumaqdır. Meydana yenidən qalib gəlmək əzmində çıxmalıyıq, əks halda, problemlərimiz olacaq”.
Komandalar arasında ilk matç ispaniyalıların evdə 3:0 hesablı qələbəsiylə başa çatıb. Cavab oyunu 17 martda, İngiltərədə keçiriləcək.

