“Barselona”nın sabiq hücumçusu Tyerri Anri keçmiş komandasının Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, kataloniyalıların 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl” üzərində qazandığı 7:2 hesablı qələbəyə münasibət bildirib:
“Barselona”, sizi təbrik edirəm. Avropa artıq təhlükəni hiss edir. Bu, sadəcə qələbə deyil, əsl zəlzələ idi.
Bu oyun tarixə düşəcək. Belə oynayan “Barselona” hər şeyə qadirdir. Möhtəşəm komandadır”.
“Barselona” bu nəticə ilə empionlar Liqasının 1/4 finalına yüksəlib. Komanda bu mərhələdə “Atletiko” ilə qarşılaşacaq.

