Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə” ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis “Qalatasaray” - “Liverpul” oyunu ilə bağlı bildirib ki, Türkiyə təmsilçisinə inamı böyükdür.
“O stadionda oynamaq asan deyil. Amma “Qalatasaray”a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladır.
Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar. “Liverpul” səddini keçə bilərlər”, - o qeyd edib.

