Qurban Qurbanov: “Sanki necə qərar verəcəklərini bilmirlər” - VİDEO

08:50 Qarabağ 102
Qurban Qurbanov: “Sanki necə qərar verəcəklərini bilmirlər” - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 26-cı turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 7:0 hesablı qələbə haqda bunları deyib:

“Vacib qalibiyyət idi. Oyunumuzu yaxşılaşdırmaq üçün şans idi. Füzuli Məmmədova və “Karvan-Yevlax”a uğurlar arzu edirəm.

Komandada xarakter olmasaydı, nəticələrimiz olmazdı. Ümumi daxili problemlərimiz olub, çoxsaylı futbolçularımız istədiyimiz formada olmayıb, lakin biz təcrübəli komandayıq.

Balanslaşdırılmış başqa komandalar da var, məsələn “Neftçi”, “Sabah”, “Turan Tovuz”.

Hakimlər, sanki, necə qərar verəcəklərini bilmirlər, tərəddüd içində olurlar. Ya onlardan da tələb çoxdur, ya da qərarsızlıq var.

Yalnız bir qayda olmalıdır. Bəlkə də, tam formalaşmamışıq. Bizim də öz hakimlik məktəbimiz, dəsti-xəttimiz olmalıdır.

Hakimlərimiz, sanki, panika içərisindədirlər. Bəlkə də, ən çox basqı onların üzərindədir. Allah işlərini asanlaşdırsın”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti