Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığması ilə qarşılaşıb.
Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.
Komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

