Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo, Kataloniya klubunun vingeri Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 18 yaşlı futbolçunun hazırkı oyun səviyyəsini yüksək qiymətləndirib:
“Yamal hazırda dünyanın ən yaxşı oyunçularından biridir. Bu qədər gənc yaşda inanılmaz performans göstərir.
Düşünürəm ki, “10 nömrə” etibarlı əllərdədir. “Barselona” hələ də dünyanın ən güclü komandalarından biridir”.
Yamal ötən il “qızıl top” mükafatının səsverməsində ikinci yeri tutub. O, cari mövsümdə 41 oyunda meydana çıxıb, 21 qol vurub və 15 məhsuldar ötürmə verib.

