“Bayern”in baş direktoru Yan-Kristian Drezen UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la qarşılaşmalar barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu duelin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bayern” – “Real” qarşıdurması epikdir. Görək bu dəfə nə baş verəcək.
Keçmişdə onlara uduzmuşuq və çox vaxt bu, əlverişsiz şəraitdə baş verib. Artıq bunu dəyişmək və yarımfinala yüksəlmək vaxtıdır”.
Drezen, futbolçuların bu oyunları səbirsizliklə gözlədiyini də bildirib:
“Oyunçular bu matçları səbirsizliklə gözləyir. Mən də iki maraqlı qarşılaşma gözləyirəm.
İlk oyunun Madriddə keçirilməsi yaxşıdır. Favorit yoxdur, hər şey oyunun keyfiyyətindən və bir qədər də bəxtdən asılı olacaq”.
Komandalar sonuncu dəfə 2024-cü ildə, Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlib. Həmin vaxt “Real” cavab oyununda 2:1 hesabı ilə qalib gələrək (ilk oyun – 2:2), finala yüksəlmişdi.

