“Qarabağ”ın kapitanı hamını düşündürən suala nə cavab verdi?

13:20 Müsahibə 106
“Qarabağ”ın kapitanı hamını düşündürən suala nə cavab verdi?

Sportinfo.az “Qarabağ”ın fransalı kapitanı Abdullah Zubirin müsahibəsini təqdim edir:

- Misli Premyer Liqasının 26-cı turunda “Karvan-Yevlax” üzərində 7:0 hesabllı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?

- Qələbə qazandığımız üçün sevincliyik. Başlanğıcdan oyunun sonuna qədər yaxşı çıxış etdik. Matça nəzarəti əlimizdə saxlamağı bacardıq. Çünki görüşə ciddi hazırlaşmışdıq. İşimizi layiqincə gördük. Hazırda yalnız qarşıdakı matçlara fokuslanmalıyıq.

- Yəqin ki, oyundan öncə belə bir hesab gözləmirdiniz...

- Heç vaxt hesab barədə düşünmürük. Bütün matçlar komandamız üçün çətin keçir. Amma 7 qol vurmaq bizi xüsusilə sevindirir. Ümidvarıq ki, son tura qədər bütün matçları qələbə ilə başa vuracağıq.

- Vurduğunuz qol ustalıq səviyyəsinə görə digər 6 topdan fərqlənirdi. Həmin epizodu necə şərh edərdiniz?

- Montiel məni gördü və topu çox yaxşı ötürdü. Mən isə öz üzərimə düşəni yerinə yetirərək bu ötürməni layiqincə dəyərləndirdim. Yekunda fərqlənməyi bacardım. Razıyam, baxımlı qol alındı. Buna görə sevincliyəm.

- Bəziləri düşünür ki, "Qarabağ" artıq çempionluq yarışından qopub, xal fərqini aradan qaldırmaq mümkün olmayacaq. Belə düşününlərə nə demək istərdiniz?

- Biz heç vaxt ruhdan düşmürük. Hazırda 7 xal fərq var, düzdür. Amma bu barədə çox da düşünmürük. Yalnız oyunlara köklənib bacardığımızın ən yaxşısını etməyə çalışırıq. Çempionatın sonunda xalları birlikdə görəcəyik.

- Növbəti matç "Şamaxı"ya qarşı olacaq. Bu komanda ilə son səfər matçınız çətin alınmışdı. Budəfəki qarşılaşmadan gözləntiləriniz nədir?

- Əlbəttə, Şamaxıda oynamaq çox çətindir. Rəqib yaxşı komandadır. Bizdən gözləntiləri başa düşürük. Bu həftə ərzində həmin matça yaxşı hazırlaşmalıyıq. "Şamaxı" ilə qarşılaşmada da qələbə qazanmaq istəyirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti