“Mən kifayət qədər yaxşı məşqçi idim, indiyə qədər bunu tam dərk etmirdim”

22:00 Dünya futbolu 81
“Mən kifayət qədər yaxşı məşqçi idim, indiyə qədər bunu tam dərk etmirdim”

“Liverpul”un və Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Yurgen Klopp məşqçilik karyerasını qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunu deyib:

“Mən rəhbərlik etdiyim zaman özümü əla məşqçi hesab etmirdim.

Amma insanlar dünyanın ən yaxşı məşqçisi hesab etdiyim Pep Qvardiola ilə rəqabətimizə diqqət yetirirlərsə, deməli, mən kifayət qədər yaxşı idim. İndiyə qədər bunu tam dərk etmirdim”.

58 yaşlı mütəxəssisin son iş yeri “Liverpul” olub. O, 2015-ci ildən 2024-cü ilə qədər “qırmızılar”ı çalışdırıb və komandaya Premyer Liqada, UEFA Çempionlar Liqasında qələbələr qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti